Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, rayon ərazisində "Opel" markalı minik maşını yolu keçmək istəyən 39 yaşlı A.Əliyevi vurub.
Sonra maşın idarəetmədən çıxaraq yolun kənarındakı su arxına aşıb.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.(APA)