Ucarda iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, onlar mənzillərdən 13000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.
Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.