Ələt qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Ələt qəsəbəsində "Mercedes" markalı minik avtomobili yolu keçən iki piyadanı vuraraq öldürüb.
Onlardan biri Salyan sakini, 45 yaşlı Anar Həsənnqulu oğlu Bayramov, digəri isə Salyan rayonunun Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğludur.
Faktla bağlı araşdırma aparılır. (APA)