Federasiya prezidenti ola biləcək  ilk qadın: Laura Villars ilə tanış olun -  FOTOLENT
21 oktyabr 2025 15:34 (UTC +04:00)

Federasiya prezidenti ola biləcək ilk qadın: Laura Villars ilə tanış olun - FOTOLENT

0

“Formula -1”in də keçirilməsinə himayəçilik edənBeynəlxalq Avtomobil Federasiyasının prezidenti dəyişə bilər. Və ilk dəfə bir qadın bu vəzifəyə namizəddir!

Laura Villars ilə tanış olun!

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Laura 1997-ci il avqusttun 29-da Cenevrədə anadan olub. Yayın sonunda onun 28 yaşı tamam olub.

Laura yeniyetmə ikən motor idmanı ilə maraqlanıb və 23 yaşında “Ultimate Cup Series”də əsas yarışda debüt edib. İlk mövsümündə o, Formula Motorsport avtomobilində ümumi nəticədə beşinci olub.

27 yaşına qədər Villars müxtəlif seriyalarda 60-a yaxın yarış iştirakçısıdır: Ultimate Cup Series ilə yanaşı, Laura F4 Səudiyyə Ərəbistanı Çempionatında, Ferrari Challenge Avropada yarışıb və indi Polşanın Team Virage komandası üçün Ligier Avropa Seriyasında yarışır.

Ümumiyyətlə, Villars geniş idman təcrübəsinə malikdir və açıq şəkildə yarışı və bütövlükdə FİA-nı təkmilləşdirmək üçün toplanmış ideyalara malikdir.

2025-ci il dekabrın 12-də Daşkənddə keçiriləcək seçkilərdə Laura hazırkı Beynəlxalq Avtomobil Federasiyası prezidenti Məhəmməd bin Sulayem və keçmiş “Formula-1” stüarderi Tim Mayerlə yarışacaq.

"Beynəlxalq Avtomobil Federasiyası yenidən klubların və lisenziya sahiblərinin federasiyasına çevrilməlidir. Məqsədim onun idarəçiliyini daha demokratik, şəffaf, hesabatlı, qadınlar və yeni nəsillər üçün açıq etməkdir. Mən qəti şəkildə inanıram ki, avtomobil idmanı bütün dünyada gəncləri ruhlandırmaq üçün müxtəliflik və innovasiyalara ehtiyac duyur", - Villars namizədliyinin irəli sürülməsindən sonra deyib.

Yeri gəlmişkən, Laura təkcə bu vəzifəni tutan ilk qadın deyil, həm də Beynəlxalq Avtomobil Federasiyası tarixində ən gənc prezident ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar