Vensan Abubakar rəsmən "Neftçi"də
21 oktyabr 2025 19:01 (UTC +04:00)

Vensan Abubakar rəsmən "Neftçi"də

0

“Neftçi” Kamerun milli komandasının hücumçusu Vensan Abubakarın transferini rəsmiləşdirib. 

Lent.az-ın məlumatına görə, futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar