Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı -YENİLƏNİB
02 iyun 2025 12:47 (UTC +04:00)

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı -YENİLƏNİB

Xaçmazda 2 il öncə görmə əngəlli qadını öldürənin kimliyi məlum olub.

Lent.az  xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib. Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

***

01.06.2025

23:09

Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb.

Lent.az xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Ötən dövr ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, görmə əngəlli qadını taksi sürücüsü qətlə yetirib.

Hadisəni törədən şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3092

Oxşar yazılar