Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
03 iyun 2025 10:09 (UTC +04:00)

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Lent.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 3-ü saat 10:00-a olan məlumatına əsasən bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1394

Oxşar yazılar