Hindistanda qohumları ailəsini atıb 30 yaşlı sevgilisi ilə qaçan yaşlı qadına qarşı şikayət edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Uttar Pradeş ştatının Lalitpur rayonunda baş verib. Bir kişi polisə yaxınlaşaraq arvadının özündən xeyli gənc sevgilisi ilə münasibətdə olduğunu və hər ikisinin bir müddət əvvəl yoxa çıxdığını bildirib. Üstəlik, hindistanlı qadının qaçmazdan əvvəl dörd oğlunun arvadlarından qızıl-zinət əşyaları oğurladığı məlum olub.
Qaçan qadının gəlinləri və əri onun barəsində polisə şikayət etsələr də, heç bir tədbir görülmədiyini bildiriblər. Daha sonra onlar baş nazir Yoqi Adityanath və polis rəisinə üz tutublar. Qadının əri arvadının onların ailəsini məhv etdiyini deyib və həmçinin səlahiyyətlilərdən onun tapılmasını istəyib.