"Azercell"dən TARİF AÇIQLAMASI
02 iyun 2025 23:27 (UTC +04:00)

"Azercell"dən TARİF AÇIQLAMASI

19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.

Lent.az xəbər verir ki, yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.

Qeyd edək ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.

Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.

Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.

Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1762

Oxşar yazılar

Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO

Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO

4 iyun 2025 , 20:28
Keçmiş prezident  parkda bələdçi   işləyir

Keçmiş prezident parkda bələdçi işləyir

4 iyun 2025 , 19:20
Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44
Bu ayın sonu da 4 gün iş olmayacaq

Bu ayın sonu da 4 gün iş olmayacaq

4 iyun 2025 , 15:01