Rusiyanln Sankt-Peterburq şəhərinin Kirovski rayonunda zibil qutusunda meyit tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə yerinə polis əməkdaşları gəlib. Təxminən 55-60 yaşlarında olan mərhumun əynində qara pencək və qara sviter olub.
Onun meyiti məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.