Enerji yığan telefon partladı, ev yandı
27 sentyabr 2023 11:25 (UTC +04:00)

Enerji yığan telefon partladı, ev yandı

Moskvanın Vıxino-Julebino rayonunda şarj cihazına qoşulu olan telefonun batareyası partlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, nəticədə mənzil yanıb.

Məlumata görə, yanğın yeddinci mərtəbədəki mənzildə baş verib. Sahibi telefonu enerjiyə qoyaraq işə başlayıb. Enerji doldurarkən batareya həddindən artıq qızıb və partlayıb.

Yanğın iyi hiss edən qonşular yanğınsöndürənləri çağırıb, hadisə yerinə 4 ekipaj gəlib. Yanğın sahəsi 25 kvadratmetr olub və tam söndürülüb. Nəticədə mənzilin bir otağı tamamilə yanıb, dəhliz sıradan çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar