Ermənistanda evdən hərbçinin meyiti  tapıldı
20 aprel 2024 16:15 (UTC +04:00)

Ermənistanda evdən hərbçinin meyiti tapıldı

0

Ermənistanda evdən hərbçinin meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Vanadzor şəhərinin Qaregin Njde küçəsində qeydə alınıb. Sözügedən evin hamamında polis və patrul xidmətinin əməkdaşları 31 yaşlı Aramais Z-nin meyitini aşkar ediblər.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

İlkin məlumata görə, ölümə səbəb dəm qazı olub.

Mənbənin sözlərinə görə, mərhum ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölük komandirinin müavini vəzifəsində xidmət edib.

Hadisə ilə bağlı Lori rayonunun İstintaq şöbəsi cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4762

Oxşar yazılar