Bakının Sabunçu rayonunda evlərin birindən oğurluq edilib.
DİN-dən Lent.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8000 dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.
Həmçinin Sabunçu rayonunda bir nəfərə məxsus qarajdan 1500 manat dəyərində naqil, Nizami rayonundakı yarımtikililərin birindən 2915 manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Məmmədov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.