Evlərdən oğurluq edən maskalı şəxs saxlanıldı-FOTO
28 avqust 2022 15:50 (UTC +04:00)

Evlərdən oğurluq edən maskalı şəxs saxlanıldı-FOTO

Son günlərdə sosial şəbəkələrdə Salyan rayonunun bir neçə kəndində maskalı şəxsin evlərə oğurluq məqsədi ilə daxil olması, eləcə də ev sahiblərinə xəsarətlər yetirməsi barədə məlumatlar paylaşılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməllərini etiraf edərək, peşman olduğunu bildirib.

Aparılan istintaq zamanı məlum olub ki, V.Cəfərov rayonun Yenikənd və Şəkərli kəndləri ərazisində yerləşən beş fərdi yaşayış evinə qanunsuz daxil olub. Üç evdən pul oğurlayan həmin şəxs, son iki evə daxil olan zaman ev sahibləri ilə rastlaşıb və onlara xəsarət yetirərək hadisə yerlərindən qaçıb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

# 4038
avatar

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09