FTX Rusiyaya kokain gətirən  azərbaycanlını saxladı
31 yanvar 2026 10:55 (UTC +04:00)

FTX Rusiyaya kokain gətirən azərbaycanlını saxladı

0

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Perm diyarına 500 qramdan artıq kokain gətirməyə cəhd göstərən azərbaycanlını saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun barəsində cinayət işi başlanıb.

“Operativ tədbirlər nəticəsində Perm diyarına narkotiklərin çatdırılması kanalı ilə əlaqəsi olan Azərbaycan əsilli şəxs müəyyən edilib. Ondan yarım kiloqramdan artıq kokain müsadirə olunub”, — deyə diyar üzrə FTX İdarəsindən bildiriblər.

Kişi barəsində cinayət işi açılıb, hazırda istintaq aparılır. Onu uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar