Füzulidə yanğın
01 iyul 2021 11:27 (UTC +04:00)

Füzulidə yanğın

Füzulidə minalanmış ərazi belə söndürülür - VİDEO - YENİLƏNİB

İşğaldan azad olunan Füzuli rayonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

30 iyun saat 16:58

Füzulidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Füzulidə minalanmış sahə yanır

# 2577
avatar

Mehman Nəbiyev

Oxşar yazılar