Gənc oğlan traktorun altında qaldı
17 may 2021 11:04 (UTC +04:00)

Gənc oğlan traktorun altında qaldı

Saatlıda gənc oğlan traktordan yıxılaraq ağır xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə mayın 16-da rayonun Fətəlikənd kəndində baş verib. Kənd sakini, 21 yaşlı Quliyev Ümid Kamran oğlu traktorun qoşqusundan yıxılaraq təkərin altında qalıb.

O, ağır xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

# 1626
avatar

Oxşar yazılar