Gəncədə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Natavan-2 qəsəbəsində qeydə alınıb.
65 yaşlı Hacıyev Nəriman Nəcəf oğlunun idarə etdiyi “VAZ-21150” markalı avtomobilin arxa təkəri dəmir yolu xəttinə dəyib. Bu səbəbdən avtomobil idarəetmədən çıxaraq qəza törədib. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.