Gəncədə güclü külək və leysan fəsadlar törətdi
14 may 2025 08:39 (UTC +04:00)

Gəncədə güclü külək və leysan fəsadlar törətdi

Gəncə şəhərində gecə saatlarından başlayan güclü külək və leysan ciddi fəsadlara yol açıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin bir neçə yerində iri gövdəli ağaclar aşaraq yolda hərəkətə maneə yaradıb.

Gecə saatlarında yağan güclü yağışdan sonra gələn sel suları şəhərin bəzi ərazilərində evlərə dolub.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar