Gəncədə keçmiş sevgilisinin  maşınının şüşələrini sındıran   qadın CƏZALANDIRILDI
05 sentyabr 2026 18:17 (UTC +04:00)

Gəncədə keçmiş sevgilisinin maşınının şüşələrini sındıran qadın CƏZALANDIRILDI

0

Gəncədə qadın keçmiş sevgilisinin maşınının şüşələrini sındırıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin A.İsgəndərov küçəsində qeydə alınıb.

28 yaşlı Şükufə İsmayılova (şərti adla) qeyd olunan küçədə keçmiş sevgilisinin yaşadığı evin qarşısına gəlib. Burada onun saxladığı “Chevrolet Malibu” markalı avtomobilin şüşələrini daşla vurub sındıraraq, zərərçəkmişə 670 manat ziyan vurub.

Bu əməlinə görə Şükufə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə üzrə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Şükufə İsmayılova elə vurduğu ziyan qədər, 670 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar