Gəncədə "ÖLÜ KART" ƏMƏLİYYATI:  1 milyonluq yeyinti
09 sentyabr 2024 14:54 (UTC +04:00)

Gəncədə "ÖLÜ KART" ƏMƏLİYYATI: 1 milyonluq yeyinti

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi vəzifəsində işləmiş şəxslər - Hüseynov Vidadi Qaçay oğlu və Hüseynov Vüsal Vidadi oğlu, habelə həmin bölmənin dispetçeri Abdullayev Məhəbbət Əliş oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Vidadi Hüseynovun Məhəbbət Abdullayevlə əlbir olaraq özlərində saxladıqları faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartına köçürülmüş pul vəsaitini nağdlaşdırıb mənimsəmələrinə, eləcə də təqaüdə çıxdıqdan sonra tutduğu vəzifəyə təyin olunan Vüsal Hüseynovla birgə qanunsuz əməllərin davam etdirilməsini təşkil edərək nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə rəsmi sənədləri saxtalaşdırmasına, sadalanan qanunsuz yollarla əldə etdiyi ümumilikdə 1,1 milyon manatdan artıq pul vəsaitinin bir hissəsini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və digər sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayev Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2, 32.3,179.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə və bu cinayəti təşkil etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.3,308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayəti təşkil etmə), 313 və 32.3,313-cü (vəzifə saxtakarlığı və bu cinayəti təşkil etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11865
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda “Toyota” özünü "Nissan"a ÇIRPDI

Bakıda “Toyota” özünü "Nissan"a ÇIRPDI

16 oktyabr 2024 , 03:37
Bakıda gənc oğlan BIÇAQLANDI

Bakıda gənc oğlan BIÇAQLANDI

16 oktyabr 2024 , 02:34
Bakıda gənc oğlan özünü BİNADAN ATDI  - YENİLƏNİB

Bakıda gənc oğlan özünü BİNADAN ATDI - YENİLƏNİB

16 oktyabr 2024 , 00:28
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

15 oktyabr 2024 , 19:34
Gömrük polkovniki İŞDƏN ÇIXARILDI

Gömrük polkovniki İŞDƏN ÇIXARILDI

15 oktyabr 2024 , 19:23
Cəlilabadda qadın özünü asdı

Cəlilabadda qadın özünü asdı

15 oktyabr 2024 , 19:20
Biri uşaq olmaqla, 4 nəfər evdə diri-diri yandı

Biri uşaq olmaqla, 4 nəfər evdə diri-diri yandı

15 oktyabr 2024 , 18:17
Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

15 oktyabr 2024 , 17:46