Gəncədə qəza: "Mercedes" mağazaya çırpıldı
21 mart 2023 01:08 (UTC +04:00)

Gəncədə qəza: "Mercedes" mağazaya çırpıldı

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Şota Rustaveli küçəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil 22 saylı orta məktəbin qarşısında olan mağazaya çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan sürücü xəsarət alıb.

Qəzada avtomobil və mağazaya ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

# 1359
avatar

Oxşar yazılar