Gəncədə və Zaqatalada QƏZA - ÖLƏNLƏR VAR
01 avqust 2022 10:20 (UTC +04:00)

Gəncədə və Zaqatalada QƏZA - ÖLƏNLƏR VAR

Zaqatala və Gəncədə ölümlə nəticələnən yol qəzaları olub.

Lent.az xəbər verir ki, hadisələrdən biri Zaqatala-Muğanlı yolunun Dağlı kəndindən keçən hissəsində qeydə alınıb. 33 yaşlı Bilalov Bilal Filman oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə piyada 39 yaşlı Məhərrəmov Osman Hacı oğlunu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

26 yaşlı Gəncə şəhər sakini İbrahimov Cahangir Bafadar oğlu isə M. A. Abbaszadə küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, piyada 52 yaşlı Cənnətov Cəlil Süleyman oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən Gəncə Mərkəzi Kliniki xəstəxanasında ölüb.

Faktlarla bağlı araşdırma aparılır.

# 2598
avatar

Oxşar yazılar