Gəncədə avtomobil qadını vuraraq öldürüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, yük avtomobili yolun keçmək istəyən yaşlı qadını vurub.
Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.