Goranboyda ağır qəza:  Ölənlər var  -YENİLƏNİB -FOTO
31 iyul 2022 14:21 (UTC +04:00)

Goranboyda ağır qəza: Ölənlər var -YENİLƏNİB-FOTO

Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1998-ci il təvəllüdlü F.Məmmədli və 2000-ci il təvəllüdlü T.Qasımlı həyatını itirib.

Qeyd edək ki, qəzaya düşənlər Sumqayıtdan Gəncə şəhərinə istirahətə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

***

saat 02.48

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobili toqquşub.

Qəza zamanı minik maşınında olan 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 6318
avatar

Oxşar yazılar