Goranboyda evlərdən 16 minlik  OĞURLUQ
01 aprel 2023 13:00 (UTC +04:00)

Goranboyda evlərdən 16 minlik OĞURLUQ

Goranboyda evlər qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri R.Bayramov və R.Rüstəmov saxlanılıblar.

Araşdırmalarla R.Bayramovun daha bir evdən 9600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

# 1674
avatar

Oxşar yazılar