Goranboyda tir tüfəngindən açılan atəşdən qadının xəsarət alması ilə bağlı təfərrüat məlum olub.
Lent.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açılıb. Xəsarət yetirən şəxsin onun həyat yoldaşı olması müəyyən edilib.
Məlumata görə, həyat yoldaşı evin həyətində sərçə ovlayan zaman güllə ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan əvvəl qadının qayınanasının tir tüfəngindən atəş açması nəticəsində xəsarət aldığı barədə məlumat yayılmışdı.
***
14 may, saat 23:06
Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarının travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə zamanı qadının qayınanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində tir tüfəngindən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.
Faktla bağlı araşdırma aparılır.