Göyçayda ölümlə nəticələnən qəza olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində rayonun Dövranlı kəndi ərazisində baş verib.
“VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü, 61 yaşlı Habil Talıbov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.