Güləşçini qətlə yetirmişdi, həbsdə öldü
24 sentyabr 2026 15:34 (UTC +04:00)

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

0

Azərbaycanda məhkum həbsxanada ölüb.

Lent.az-ın xəbərinə görə, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində baş verib.

Məhkum, 42 yaşlı Alıyev Loğman Əli oğlu müəssisədə dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Qeyd edək ki, Loğman Əliyev 2017-ci ildə qonşusu və tanışı olan Elçin Tapdıqovu bıçaqlayaraq, qətlə yetirib. Hadisəyə səbəb isə Tapdıqovun Loğmana nalayiq ifadələr işlətməsi olub. Həmin vaxt mediada yayılan məlumatlarda Elçin Tapdıqovun peşəkar güləşçi olduğu yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar