Gürcüstanda torpaq sürüşməsində 18 yaşlı  azərbaycanlı qız   həlak olub
06 avqust 2023 16:07 (UTC +04:00)

Gürcüstanda torpaq sürüşməsində 18 yaşlı azərbaycanlı qız həlak olub

Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə onun qardaşı İsgəndər İsayev "İnfo Rustavi"yə açıqlamasında bildirib.

O, bu gün səhər meyitin tapılması ilə bağlı ailəsinə məlumat verildiyini bildirib.

Təbii fəlakət nəticəsində ölənlərin say 18 nəfərə çatıb.

Müdafiə naziri Cuanşer Burçuladze isə təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.

# 2784
avatar

Oxşar yazılar