Hamilə qadın 3-cü mərtəbədən yıxıldı
19 mart 2023 19:03 (UTC +04:00)

Hamilə qadın 3-cü mərtəbədən yıxıldı

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 2088
avatar

Oxşar yazılar