Həbsxanaya keçirilən narkotik
27 noyabr 2021 18:31 (UTC +04:00)

Həbsxanaya keçirilən narkotik

Həbsdə olan atasına narkotik keçirmək istədi - AZƏRBAYCANDA

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3 və 99.1.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zəbişah Kamal oğlu Şahverdiyevə oğlu Abşeron rayon sakini Azər Zəbişah oğlu Şahverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman orada olan plastmas qabdakı dovğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 6,096 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1623
avatar

Mehman Nəbiyev

Oxşar yazılar