Həşəratlarla  mübarizə aparan pensiyaçı   evini PARTLATDI
01 mart 2023 16:38 (UTC +04:00)

Həşəratlarla mübarizə aparan pensiyaçı evini PARTLATDI

0

Nijni Novqorod vilayətində həşəratlarla mübarizə aparan təqaüdçü mənzilini partladıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, yaşlı kişi evə tarakan və qarışqalara qarşı həddindən artıq xüsusi aerozol səpib.

Otaqda qaz yığıldığı üçün daha sonra partlayış olub. Partlayış nəticəsində mənzilin pəncərələrinin bir hissəsi sınıb, eyvanı isə qismən sıradan çıxıb. Təqaüdçü özü 2-ci dərəcəli yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Qonşu mənzillərə təsir edib-etmədiyi hələ ki açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2354

Oxşar yazılar