İki nəfəri belə aldadıb 87 min manat  ələ keçirdi - ŞİRVANDA
23 oktyabr 2025 11:49 (UTC +04:00)

İki nəfəri belə aldadıb 87 min manat ələ keçirdi - ŞİRVANDA

0

Şirvanda iki nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar