İkiqat FACİƏ:  4 yaşlı uşaq hovuzda boğuldu,  xilasedici intihar etdi
26 iyun 2025 17:01 (UTC +04:00)

İkiqat FACİƏ: 4 yaşlı uşaq hovuzda boğuldu, xilasedici intihar etdi

İtaliyanın Breşia şəhərində bir uşaq hovuzda ölüb, hadisə ilə bağlı haqqında araşdırma aparılan xilasedici isə günlər sonra meşəlik ərazidə ölü tapılıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İtaliyanın Breşia şəhərinin Castrezzato qəsəbəsindəki akvaparkda 4 yaşlı uşaq hovuzda boğularaq ölüb. Hadisə ilə bağlı aparılan araşdırmalardan sonra həmin vaxt xidmətdə olan 37 yaşlı xilasedici Matteo Formenti bir neçə gün sonra ölü tapılıb.

Breşia Prokurorluğu suda boğulma hadisəsi ilə bağlı qətl adı altında istintaqa başlayıb. Xilasedicilərin xidməti vəzifələrini yerinə yetirərkən lazımi nəzarəti təmin edib-etməmələri araşdırılıb. Bundan əlavə, mobil telefonların istifadə edilib-edilməməsi müəyyən edilərək götürülüb.

İstintaqda adı keçən xilasedici Matteo Formenti bazar ertəsi səhər itkin düşüb. Həmin gün ona rəsmi ittiham élan edilməli idi. Ailəsi və yaxın ətrafı onunla əlaqə saxlaya bilməyəndə sosial şəbəkədə müraciət edib. Formentinin cəsədi iki gün sonra Köln bölgəsindəki meşəlik ərazidə tapılıb. Onun avtomobili və şəxsi əşyaları hadisə yerinin yaxınlığında olub.

Prokuror Liza Sakkaronun verdiyi açıqlamada hadisə ilə bağlı yarılma aparılacağı qeyd edilib. İlkin qiymətləndirmələrə görə, hadisənin intihar olduğunu göstərən tapıntılar var. İstintaq müxtəlif aspektlərdən davam edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar