İncildə   narkotik gizlətmişdi, tutuldu
16 may 2025 17:52 (UTC +04:00)

İncildə narkotik gizlətmişdi, tutuldu

Rusiyanın Tomsk şəhər sakini narkotik maddələri İncildə və diş pastası borusunda gizlədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Tomsk-Adler qatarındakı sərnişin asayişi pozduğuna görə Tümendə düşürdülüb. Sərxoş görünməsə də, özünü nalayiq aparıb. 

Polis onu saxlayıb və yoxlamaya göndərib. Onun üzərində olan İncildə bir paket toz tapılıb. Bundan başqa, diş məcununda qadağan olunmuş maddələr gizlədilib. Ekspertiza onun N-metilefedronu olduğunu göstərib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar