İnterpolun insan alverinə görə  axtardığı azərbaycanlı TUTULDU - 43 il həbs  cəzası var
05 fevral 2026 09:23 (UTC +04:00)

İnterpolun insan alverinə görə axtardığı azərbaycanlı TUTULDU - 43 il həbs cəzası var

0

İnterpol tərəfindən axtarılan azərbaycanlı Türkiyə sərhədində saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İğdır polisi daxil olan məlumat əsasında Türkiyə-Naxçıvan yolunda əməliyyat keçirərək bir avtomobili saxlayıblar.

Yoxlama zamanı insan alveri, fahişəliyə cəlbetmə və fahişəlik təşkil etmək ittihamları ilə barəsində 43 il 3 ay 10 gün həbs qərarı verilən, İnterpol tərəfindən axtarışda olan azərbaycanlı N.S. saxlanılıb. O, məhkəmə qərarı ilə tutularaq həbsxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar