Aşkarlanan siqaretlər
27 noyabr 2021 15:26 (UTC +04:00)

Aşkarlanan siqaretlər

İrandan gələn maşından külli miqdarda aksiz markasız siqaret çıxdı

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edilib.

Təkrar yoxlama nəticəsində isə həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5000 ədəd "Manchester" adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1455
avatar

Mehman Nəbiyev

Oxşar yazılar