İranla sərhəddə  ATIŞMA  - Yaralanan var
19 aprel 2021 13:11 (UTC +04:00)

İranla sərhəddə ATIŞMA - Yaralanan var

Aprel ayının 16-da, saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.

Dövlət Sərhəd Xidmətidən Lent.az-a verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İran sərhədçiləri hadisə haqqında məlumatlandırılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmayıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd naryadı tərəfindən təqib edilərək saxlanılıblar. Saxlanılan şəxslərin İran vətəndaşları - 30 yaşlı Feyzi Yaser Nəriman və 28 yaşlı Hüseynpur Seccad Həsən olmaları müəyyən­ləş­dir­ilib. Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri - Feyzi Yaser Nəriman qolundan yüngül yaralanıb və ilkin tibbi yardım göstərilərək Füzuli Rayonu Diaqnostika Mərkəzinə təxliyyə edilib.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirmək istədiyi 2 ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə "Opel" markalı 99-EY-840 dövlət nömrə nişanlı avtomobillə gələn Füzuli rayon sakini 34 yaşlı Hüseynov Elşən Nizami oğlu və Ağdaş rayon sakini 27 yaşlı Sadəddinov Ülvi Qismət oğlu saxlanılıblar. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

# 3900
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20