İş zamanı ehtiyatlı olmağa çağırdı, özü öldü
14 sentyabr 2023 18:28 (UTC +04:00)

İş zamanı ehtiyatlı olmağa çağırdı, özü öldü

Türkiyədə gənc oğlan işlədiyi zavodda bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisar şəhərində baş verib. 22 yaşlı Hüseyn Pirinççin ayağı iş zamanı ehtiyatsızlıqdan dəzgaha düşüb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc orada ölüb.

Hadisə ilə bağlı fabrikin 2 vəzifəli şəxsi saxlanılıb.

Qeyd edək ki, H. Pirinççi bir neçə gün əvvəl video çəkərək həmin dəzgahın təhlükəsi barədə izləyicilərinə xəbərdarlıq edib və ehtiyatlı olmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2884

Oxşar yazılar