Dünyanın öpüşmə xəritəsi:  Bu ölkələrdə öpüşmürlər
10 may 2025 10:40 (UTC +04:00)

Dünyanın öpüşmə xəritəsi: Bu ölkələrdə öpüşmürlər

Ehtiraslı öpüşün universal bir həzz olduğunu düşünə bilərik, lakin bəzi mədəniyy0ətlərdə öpüşmək arzuolunmaz sayıla bilər.  

Lent.az xarici mediaya istinadən məlumat verir ki, bir çox mədəniyyətlərdə öpüşmək sevginin, məhəbbətin və dostluğun ifadəsi hesab edilsə də, bəzi cəmiyyətlərdə bu hərəkət nadir hallarda görülür və ya tamamilə göz ardı edilir. Öpüşmə vərdişləri mədəni normalar, dini inanclar və sosial ənənələr əsasında formalaşır.  

Yeni bir araşdırmaya görə, bütün cəmiyyətlərin yarısından azı cinsi istəklərini ifadə etmək üçün öpüşməkdən istifadə edir; Bəziləri hətta bu hərəkəti iyrənc hesab edirlər. Araşdırma nəticəsində məlum olub ki, dünyada 168 mədəniyyətin yalnız 46 faizində romantik mənada öpüşürlər.  

BBC-nin məlumatına görə, Braziliyadakı Mehinaku qəbiləsi bunun "iyrənc" olduğunu bildirib. Las-Veqasdakı Nevada Universitetindən Uilyam Yankovyak deyib ki, araşdırmanın göstərdiyi kimi, öpüşmə Qərb cəmiyyətləri tərəfindən yaradılan və nəsildən-nəslə ötürülən öyrənilmiş bir davranışdır.

Yaxın Şərq və Cənubi Asiya

Yaxın Şərq və Cənubi Asiyada öpüşmə vərdişləri əsasən mədəni və dini normalarla formalaşır. Bir çox müsəlman ölkələrində ictimai yerlərdə öpüşmək bəyənilmir və hətta qanuna zidd ola bilər. Bu bölgələrdə sevgi və məhəbbət göstərmək üçün əl-ələ tutmaq və ya qucaqlaşmaq kimi daha mühafizəkar davranışlara üstünlük verilir. Bəzi Cənubi Asiya ölkələrində, məsələn, Hindistanda, açıq öpüşmək, ümumiyyətlə, xoşagəlməz və mədəni normalara zidd hesab olunur.

Uzaq Şərq

Uzaq Şərqdə, xüsusilə Yaponiya, Çin və Koreya kimi ölkələrdə öpüşmək daha çox özəl yerlərdə baş verən bir hərəkətdir. Ənənəvi olaraq, bu ölkələrdə ictimai yerlərdə fiziki təmas məhduddur və öpüşmə kimi hərəkətlər şəxsi həyat üçün qorunur. Lakin bu vəziyyət qərbləşmə və qloballaşmanın təsiri ilə gənc nəsillər arasında yavaş-yavaş dəyişir.

Afrika

Öpüşmə vərdişləri Afrika qitəsində bölgədən bölgəyə çox dəyişir. Şimali Afrikada, xüsusən də müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə, Yaxın Şərqdə olduğu kimi, açıq öpüşmələr pis qarşılanır. Səhraaltı Afrikada bəzi yerlərdə öpüşmək adi sevgi təzahürü hesab olunur, digər bölgələrdə isə daha mühafizəkar yanaşmalar müşahidə olunur.

Latın Amerikası

Latın Amerikası dostluq və romantik münasibətlərdə öpüşün çox rast gəlindiyi bir bölgədir. Braziliya, Argentina və Kolumbiya kimi ölkələrdə insanlar tez-tez yanaqdan öpərək salamlaşırlar. Bu bölgədə öpüşmək isti və intim münasibətlərin ifadəsi olaraq görülür və mədəni şəkildə təşviq edilir.

Şimalı Amerika və Avropa

Şimali Amerika və Avropada öpüşmək həm romantik münasibətlərdə, həm də mehriban salamlaşmalarda geniş şəkildə qəbul edilir. Fransa və İtaliya kimi ölkələrdə yanaqdan öpmək ictimai tədbirlərdə adi qarşılanmaqdadır. ABŞ-da romantik öpüşmə məşhur mədəniyyətə geniş şəkildə daxil edilir və sosial normalar çərçivəsində çox yayılıb.

İnsanlar ilk dəfə nə zaman öpüşüb?

Romantik öpüşün mənşəyi ilə maraqlanan tədqiqatçılar Mesopotamiya və Misirdə gil lövhələrin izinə düşərək tarix kitablarını yenidən yazıblar. İş Hindistanda Tunc dövrünə aid 3500 illik əlyazma sənədini geri itələyib.

Doktor Arboll və doctor Rasmussen ən qədim Mesopotamiya cəmiyyətlərinə aid müxtəlif yazılı mənbələrə əsaslanaraq 4500 il əvvəl bölgədə öpüşmənin adi hal olduğunu aşkar edib. Digər tərəfdən, Arboll öpüşmə tarixinin daha da geriyə gedə biləcəyinə də diqqət çəkir. Arboll və Rasmussen öpüşün ən erkən təsvirinin Bartonun silindrinə həkk olunduğunu iddia edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar