İşlərinizi həll edəcəm  deyib, pullarını aldı
18 dekabr 2025 10:08 (UTC +04:00)

İşlərinizi həll edəcəm deyib, pullarını aldı

0

Ağsuda vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb.

Lent.az xəbər verir ki, o, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib.  

K.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub. 

Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar