Kafeni gecə işlətmək icarədara baha başa gəldi
02 noyabr 2021 17:36 (UTC +04:00)

Kafeni gecə işlətmək icarədara baha başa gəldi

Gecə yarısından sonra fəaliyyət göstərən kafe cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Alça bağı” kafesinin karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub

# 1464
avatar

Mehman Nəbiyev

Oxşar yazılar