Karantinə məhəl qoymayan kafe tapıldı
21 dekabr 2020 10:48 (UTC +04:00)

Karantinə məhəl qoymayan kafe tapıldı

Karantində çayxana işlədən saxlanıldı - FOTO

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Şabran rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

# 957
avatar

Mehman Nəbiyev

Oxşar yazılar