Karantini pozan daha bir kafe aşkarlandı
24 dekabr 2020 12:54 (UTC +04:00)

Karantini pozan daha bir kafe aşkarlandı

Qobustan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi  tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Mehman Nəbiyev

Oxşar yazılar