Karatində çayxana işlətdilər -  VİDEO
06 yanvar 2021 12:44 (UTC +04:00)

Karatində çayxana işlətdilər - VİDEO

Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şamaxı rayon Polis Şöbəsin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub. 

Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Mehman Nəbiyev

Oxşar yazılar