Rasim Məmmədov
25 oktyabr 2021 13:42 (UTC +04:00)

Rasim Məmmədov

Keçmiş məhkum evdən 8500 manat apardı - FOTO

0

Tovuz rayon Polis Şöbəsinə rayon sakininə məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıblar.

Davam etdirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabr ayının 22-də fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 8500 manat nağd pul oğurlayıb. Şübhəli şəxs maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2067

Oxşar yazılar