Keçmiş məhkum keflənib maşın qaçırdı
28 yanvar 2021 12:53 (UTC +04:00)

Keçmiş məhkum keflənib maşın qaçırdı

Gəncədə avtomobil qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Kəpəz rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini O.Sadıqov yanvarın 26-da “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cabbarov həmin avtomobili idarə edərkən Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olması müəyyən edilib və avtomobil duracağa yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar