Keçmiş məhkum tapança ilə tutuldu
05 yanvar 2023 14:19 (UTC +04:00)

Keçmiş məhkum tapança ilə tutuldu

0

Ağdaşda üzərində tapança gəzdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş rayon sakini Ağa Məmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan “Naqan” markalı tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb. Ağa Məmmədov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını və üzərində daşıdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1529

Oxşar yazılar