Keçmiş polisi   öldürən sürücü tutuldu
02 dekabr 2021 09:47 (UTC +04:00)

Keçmiş polisi öldürən sürücü tutuldu

Xəbər verdiyimiz kimi, dekabrın 1-i axşam saatlarında Hacıqabul rayonunda keçmiş polis əməkdaşını maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 1-də saat 20 radələrində Hacıqabul rayon sakini Alik Əzizov rayon ərazisində idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolu keçmək istəyən  Şirvan şəhər sakini, piyada Şəhriyar Cəfərovu vurub:

"Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilən Ş.Cəfərovun həyatını həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırma aparılır. Ş.Cəfərovun Daxili İşlər orqanlarında xidmət etməsi ilə əlavə etmək istəyirəm ki, həmin şəxs artıq 2 ildən artıqdır daxili işlər orqanlarında xidmət etmir".

# 12702
avatar

Mehman Nəbiyev

Oxşar yazılar